Ağstafada ev yanıb

Ağstafada yaşayış evi yanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində Əziz Qulubəyliyə məxsus ümumi sahəsi 131 kv.m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət evdə qeydə alınıb. Hadisə yerinə dərhal FHN Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı yaşayış evinin 2 otağın yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanaraq yararsız hala düşüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli