Bakının bir neçə küçə və prospektində təmir-bərpa işləri davam etdirilir

 

Bakıda keçiriləcək I Avropa Oyunlarının təşkili ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yolların təmir - bərpa işləri davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA TV-yə verdiyi məlumata görə, idmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - Moskva prospekti - Şamaxinka tuneli - Bakı-Sumqayıt yolundan geriyə - Bakı dairəvi yolu - Bakı-Ələt yolunun 0-14 km hissəsini əhatə edəcək.

 

Həmin marşrut üzrə hərəkətin fasiləsiz təşkilini təmin etmək məqsədi Bakı dairəvi avtomobil yolunun 14 kilometrlik hissəsində də təmir işləri aparılır. Qurum rəsmisinin sözlərinə görə, təmir işləri Lökbatan dairəsindən Avtovağzal ərazisinə qədər aparılacaq. Yolun 5.4 km hissəsi frezləndiyini deyən Pünhan Mürsəliyev bildirib ki, 1.5 kilometrlik əraziyə asfalt döşənib.

 

Müəllif | Apa.Tv