Fransız prokuror: "Təyyarəni köməkçi pilot qəsdən dağa çırpıb"

Martın 24-də Fransanın cənubunda qəzaya uğrayan Almaniya hava yollarına aid təyyarə ilə bağlı şok məlumatlar yayılıb. Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qəzanı araşdıran Fransanın Marsel şəhərinin prokurorluğu hadisəni təyyarənin köməkçi pilot tərəfindən qəsdən törədildiyini açıqlayıb.

 

Prokuror 150 nəfərin öldüyü qəzayla bağlı belə deyib: “Görünən odur ki, köməkçi pilot təyyarəni qəsdən dağa çırpıb”.

Qəzayla bağlı araşdırmaları davam etdirən prokurorun sözlərinə görə, əsas pilotun kabinadan çöldə olduğu anda köməkçi pilot qapını arxadan bağlayıb və bu zaman təyyarənin hündürlüyünü məqsədli şəkildə azaldıb.

 

Bu məlumatları qara qutunun oxunulmasından sonra əldə etdiklərini bildirən fransız prokuror bildirib ki, hadisə birmənalı olaraq qəza deyil.  “Köməkçi pilot son ana qədər normal nəfəs alır, ancaq bir kəlmə də danışmır. Hazırda onun şəxsi çevrəsi araşdırılır” - deyə prokuror əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv