Britaniyalı nazirdən ermənilərə "ata" məsləhəti: "Gedin, gələcəyə baxın"

Böyük Britaniyanın XİN-in Avropa işləri üzrə naziri Devid Lidinqton Palatadakı debatların birində dırnaqarası "erməni soyqırımı"na münasibət bildirib. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, o deyib ki, təmsil olunduğu hökumət sözü gedən məsələlərə yalnız o halda baxır ki, belə faktlar beynəlxalq məhkəmələr tərəfindən təsdiqini tapsın. "Britaniyada 1988-ci ildən bu tərəfə hökumətlər biri digərini əvəzləsə də bizim bu istiqamətdə siyasətimiz dəyişməyib. Biz ümumiyyətlə soyqırım ifadəsinə siyasi ittiham kimi yanaşırıq. Amma bəzi belə faktların baş verdiyini də qəbul edirik. Bura Xolokost, Srebrenitsa və Ruandadakı insanlığa qarşı törədilən cinayətləri aid etmək olar. Ermənilərin bu cür halla üzləşdiyini sanmırıq. Nazir əlavə edib ki, keçmişdə baş verənləri xatırlamaqdansa gələcəyə baxmaq daha mənalıdır.
 

Müəllif | Apa.Tv
Apa.tv