Britaniya Lordlar Palatasının üzvü: I Avropa Oyunlarına ev sahibliyi Azərbaycanın gələcək inkişafı üçün mühüm amildir


Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, "Tomson" fondunun təsisçisi Tom Çandos Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb. APA-nın Londonda olan müxbirinin sualını cavablandıran Tom Çandos I Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycanın gələcək inkişafı üçün mühüm amil  kimi qiymətləndirib. Onun sözlərinə görə, idman ilk növbədə insanları və ölkələri birləşdirən çox gözəl vasitədir. 
 
“I Avropa Oyunları Azərbaycan dövlətinə, xalqına və idmana mühüm fayda verəcək. İlk Avropa oyunlarının Bakıda keçirilməsi Azərbaycanın inkişafı üçün mühüm meyarlardan biridir”.
 
Böyük Britaniya və Azərbaycan əlaqələrinə toxunan T. Çandos iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün gözəl imkanların olduğunu bildirib. O, xüsusilə media sahəsindəki münasibətlərin ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynaya biləcəyini deyib.

Müəllif | Apa.Tv
Apa.tv