Saray kəndində oğurluq cəhdinin qarşısı alınıb, oğrular qaçmağa müvəffəq olub


Abşeron rayonunda  kimsəsiz evlərdən birinə girən oğrular ev sahibi ilə qarşılaşıblar. APA TV-nin məlumatına görə, naməlum şəxslər Əliyevlər Saray qəsəbəsi, Babakişilər küçəsində ailəsinə məxsus fərdi yaşayış evində heç kimin olmadığını qabaqcadan müəyyən ediblər. Evə girən oğrular otaqları gəzərək qənimət axtarıblar. Amma qonşular evə yad şəxslərin girdiyini görüblər və bu barədə ev sahiblərinə xəbər veriblər. Ailənin üzvü Hünər Əliyev özünü evə çatdırıb. Qonşular ev sahibinin köməyinə gəlsə də, oğruları zərərsizləşdirmək mümkün olmayıb. Sadəcə onların evdən nəi sə aparmasını qarşısı alınıb.
 
Baş vermiş hadisə ilə bağlı Abşeron RPİ-nin əməkdaşları da məlumatlandırılıb. Əraziyə cəlb olunmuş polis və ekspertiza nümayəndələri müəyyən nümunələr və barmaq izləri götürüblər. 
  

Müəllif | Apa.Tv
Apa.tv