Bayram günlərində Zaqatalanın yollarında reydlər keçirilib


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti alayının və Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin  əməkdaşlarının birgə iştirakı ilə reyd keçirilib. Bayram günləri ərəfəsində rayonlara axın olduğuna görə, bölgələrin magistral yollarında hərəkət intensivləşib. APA TV-nin  məlumatına görə, reydin keçirilməsində məqsəd  vəziyyətdən sui-istifadə etmək istəyən sürücülərin qanundankənar hərəkətlərinin qarşısının alınması olub. Günorta saatlarından başlayan reyd axşam saatlarına qədər davam edib. Reyd zamanı yol polisi əməkdaşları tərəfindən 50-dən çox sürücüyə inzibati protokol yazılıb. Protokollar əsasən məcburi sğortanın olmaması, təhlükəsizlik kəmərindən istifadə olunmadan avtomobildən istifadə olunması, avtomobilin texniki baxışdan keçirilməməsi hallarına görə tərtib edilib.

Qeyd edək ki, reyddə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də iştirak edib. Kamran Əliyevin APA TV-yə  verdiyi məlumata görə,  reydlər respublikanın əksər rayonlarında aparılır. Dünənki reydlər ölkənin şimal-qərb bölgəsində Zaqatala ilə  yanaşı  Şəki rayonunda da keçirilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv