Xəzərdə gəmidə başlayan yanğın söndürüldü


Bakı şəhərində yanğın hadisəsi baş verib.  APA TV-nin FHN-ə istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda kəsilməkdə olan ümumi sahəsi 3000 kv.m gəminin göyərtəsi, gəminin idarəetmə otağı və kayutların yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Gəminin qalan hissəsi və yaxınlıqdakı digər gəmilər yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv