Məşhur müğənni Kayahanın səhhəti kəskin pisləşib


Türkiyənin məşhur müğənnisi və bəstəkarı Kayahan Açarın səhhəti pisləşdindən reanimasiya şöbəsinə yürləşdirilib. APA TV-nin Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi Acıbadəm xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilib. Sənətçini ilk ziyarət edən məhşurlar isə Sezen Aksu, Tarkan, Nilüfər və Ajda Pekkan olub. Həyat yoldaşının vəziyyəti ilə bağlı öz İnstagram səhifəsində məlumat verən İpek Açar bildirib ki, "Böyük sevgiləriniz, dualarınız, arzularınızla bizə güc verdiyiniz üçün sizə sonsuz təşəkkür edirik. İnşallah hər şey daha yaxşı olacaq". Xatırladaq ki, uzun müddətdir ictimaiyyətin qarşısına çıxmayan 65 yaşlı Kayahan bu il fevralın 14-də İstanbulun Beşiktaş bələdiyyəsinin Sevgililər Günü münasibətilə təşkil etdiyi tədbirə qatılmışdı.  

Müəllif | Apa.Tv
Apa.tv