Kiyevin mərkəzində atışma! Azərbaycanlı avtoritetlər maşını gülləbaran etdi - VİDEO

Kiyevin mərkəzində yerləşən Bessarabiya bazarı ətrafında baş verən silahlı insidentin təfərrüatları məlum olub. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumatına görə, ərazidə gülləbaran edilmiş avtomobil aşkarlanıb. Hadisəni törədənlərə qarşı keçirilən əməliyyat zamanı onlar milisin nəzarətə aldığı yollarda ətrafa atəş açmağa başlayıblar. İki avtomobildə olan naməlum şəxslər Qorodetsk küçəsində də atəşi davam etdirib, şəhər sakinlərinə güllə atıblar. Nəticədə bir mülki şəxs yaralanıb. Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Silahlı şəxslər ərazidən qaçmağa cəhd ediblər. Onlardan biri "Ukrayna" kinoteatrının yanında saxlanılıb. İnsidenti törədən digər şəxslər avtomobillərlə Kreşatik adlanan ərazidən Şevçenko bulvarına doğru hərəkət ediblər. Onların idarə etdiyi avtomobillərdən biri idarəetmədən çıxaraq qarşı yola keçib. Nəticədə qəza baş verib, qəzada bir milis nəfəri xəsarət alıb. Yalnız burada cinayətkarları saxlamaq mümkün olub. İnsidenti törədənlərin üçü də azərbaycanlıdır. Onların kimliyi açıqlanmır. Milis azərbaycanlıların kriminal aləmin avtoritetlərindən olduğunu bildirib. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv