Devid Kemeron: “Yenidən qalib gəlsəm, Britaniya Avropa İttifaqından çıxacaq”

Avropa İttifaqındakı miqrant problemi, sosial xərclərin çoxalması - bu mövzular Böyük Britaniyanın TV kanallarındakı debatlarda parlament seçkiləri öncəsi siyasi partiya liderlərinin əsas mövzusunu təşkil edib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hazırkı baş nazir Devid Kemeronla Leyboristlərin lideri Ed Milibendin debatlarında da bu məsələ yenidən gündəmə gəlib. Rəqiblər aparıcının və teledebata qoşulan vətəndaşların suallarını cavablandırıblar. Baş nazir bildirib ki, əgər o, yenidən etimad qazanarsa, yaxın iki il ərzində Avropa İttifaqından çıxmaq barədə referendum keçirəcək: "Qurumun perspektivində çoxlu müsbət aspektlərlə yanaşı, xoşagəlməz məqamlar da var. Görünən odur ki, Avropa İttifaqını təşkilatdan daha çox vahid dövlətə çevrilmək istəyənlər var". 

 

Müxalifət lideri isə hesab edir ki, qitədən qopma krallığın itkiləri ilə nəticələnəcək və Britaniya çox çətin vəziyyətə düşə bilər: "Opponentimin söylədikləri faciəmizə gətirib çıxara bilər. Qitə ilə ticarət yüksək səviyyədədir. Əgər Britaniya miqrant təhlükəsindən çəkinirsə və terrorçuluğa qarşı mübarizə aparmaq istəyirsə, qoy müstəqil tərəf olsun". Teledebatın nəticələrinə görə, tamaşaçılar daha çox hazırkı baş naziri dəstəkləyiblər. Xatırladaq ki, Böyük Britaniyada parlament seçkiləri mayın 7-də keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv