Xaçmazda müəmmalı intihar: bərbər özünü iş yerində asdı

Xaçmaz şəhərində intihar hadisəsi baş verib. Nəriman Nərimanov küçəsi 70 ünvanında yerləşən beşmərtəbəli binanın altındakı bərbərxanada işləyən 1993-cü il təvəllüdlü Elşad Mövsüm oğlu Muradov özünü asıb. O, bərbərxanada qapını bağlayıb və intihar edib. Onun cibindən vida məktubu çıxıb. Elşad Muradov ölümündə heç kimin günahının olmadığını bildirib. Mərhum dünyada ən çox sevdiyi iki nəfərdən üzr istəyib. Məktubunda bacısı və sevdiyi xanıma "məni bağışlayın" yazan Elşad Muradov onları çox istədiyini vurğulayıb və artıq yaşaya bilmədiyini bu səbəbdən ölümü seçdiyini bildirib. Qeyd edək ki, Elşad Muradov əsəb xəstəsi olub. Son vaxtlar özünə qapanıb. Ünsiyyətdən qaçmağa çalışıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv