Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Azərbaycan Ordusu daha bir şəhid verib. APA TV-nin məlumatına görə, Azərbaycan torpaqlarının bir hissəsini nəzarət altında saxlayan Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində ordumuzun hərbçisi Kazımov Etibar Xudavi oğlu şəhid olub. Bu barədə APA TV-nin sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər. İki ay əvvəl ailə həyatı qurmuş Etibar Kazımov cəbhənin Tərtər istiqamətində, Qapanlı kəndi ərazisində şəhid olub. 

Müəllif | Apa.Tv
Apa.tv