Gəncədə zəncirvarı qəza baş verib, yaralanan var

Gəncədə üç avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə  martın 27-də saat 16 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Gəncə şəhər sakini, 23 yaşlı İlkin Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı 2 minik avtomobilinə və yükdaşıyan “Ford” markalı avtomobilə çırpılıb. Zərbənin gücü böyük olduğundan, “VAZ 2106”nın qabaq hissəsi tamamilə yararsız hala düşüb. Sürücü  qəzadan yüngül xəsarətlə qurtarsa da, onun sərnişini 28 yaşlı Sadiq Bağırov müxtəlif bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhər Təcilli Tibbi yardım xəstəxanasına yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş polis idarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv