Nigeriyada "Boko Haram" təhdidi altında seçkilər keçiriləcək

Nigeriyada bu gün prezident və parlament seçkiləridir. APA TV-nin məlumatına görə, prezidentliyə namizəd olan 14 nəfər arasında Qudlak Conatan və  keçmiş prezidentlərdən Məhəmməd Buxari də var. Hər iki namizəd seçkilərin əmin-amanlıq içərisində tamamlanması üçün müqavilə imzalayıblar. Eyni zamanda Conatan və Buxari öz tərəfdarlarını hər cür zorakılıqdan çəkinməyə dəvət ediblər.


Hər iki namizəd seçicilərinə "Boko Haram"la mübarizəni daha da gücləndirəcəklərini və ölkədə sülhün bərqərar olacağı sözünü veriblər.
 

"Boko Haram" təşkilatı isə ölkənin şimal-şərqində seçkiyə icazə verməyib.  Eyni zamanda bu bölgədə terror aktları törədəcəkləri ilə bağlı ölkə rəhbərliyini hədələyib.

Müəllif | Apa.Tv
Apa.tv