Yəməndə baş verən toqquşmalarda 45 nəfər ölüb

Yəmənin Ədən şəhərində baş verən toqquşmalarda azı 24 nəfər ölüb. APA TV-nin məlumatına görə, ölkənin sayca ikinci ən iri şəhəri yaxınlığında üsyançı “Ənsər Allah” hərəkatının 21 silahlısı pusquya düşərək həlak olub. Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, ərəb ölkələri koalisiyasının şiə qiyamçılarına endirdiyi hava zərbələri nəticəsində 39 nəfər ölüb. Onlardan azı 6 nəfəri azyaşlıdır. Digər tərəfdən dünya dövlətlərinin Yəmənə qarşı hərbi müdaxiləyə reaksiyaları davam edir. İranda cümə namazı sonrası məsciddə Yəmənə dəstək aksiyası keçirilib. 
 

İsveçrədə səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri ilə nüvə danışıqlarını davam etdirən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də əməliyyatı tənqid edərək, Yəmən böhranın diplomatik yolla həll olunmasının vacibliyini vurğulayıblar.
 

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada üsyan edən xalqı dəstəkləyən Amerikanın, Yəməndə baş verən hadisələrə eyni reaksiya vermədiyini və ikili siyasət apardığını söyləyib. 
 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İranı regionda hakim mövqe tutmağa çalışmaqda ittiham edib.
Yəməndəki hadisələrin birbaşa məzhəb ayrı-seçkiliyindən qaynaqlandığını vurğulayan Ərdoğan məzhəblər arası münaqişələri pisləyib və buna qarşı olduqlarını bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv