Bakıda su quyusuna düşən 72 yaşlı kişi belə xilas edildi - REAL GÖRÜNTÜLƏR

Bakı sakini su quyusuna düşüb. APA TV-nin məlumatına görə, hadisə Zirə qəsəbəsində yerləşən Bağ Massivində qeydə alınıb. Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Fərman Bayram oğlu Bayramov həyətində yerləşən su quyusunu təmir edərkən orada köməksiz vəziyyətdə qalıb. Yaxınları bu barədə Fövqəladə Hallar Nazirliyinə məlum veriblər. Dərhal hadisə yerinə nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Daha sonra su quyusuna düşən 72 yaşlı paytaxt sakinin xilas edilməsi üçün əməliyyat keçirilib.


Xüsusi alpinist avadanlıqlardan istifadə edən xilasedicilər tez bir zaman quyuda köməksiz vəziyyətdə qalan Fərman Bayramovu xilas ediblər. 
Fərman Bayramova hadisə yerində ilkin yardım göstərildikdən sonra o, təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv