Rusiyada azərbaycanlı taksi sürücüsü amansızlıqla öldürülüb


Rusiyada azərbaycanlı taksi sürücüsü amansızlıqla qətlə yetirilib. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, hadisə Tver şəhərinin Levitan küçəsində  baş verib. Taksi dayanacağına yaxınlaşan bir nəfər naməlum səbəblərdən taksi sürücüsünə qəfildən bıçaqla zərbələr endirməyə başlayıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. 29 yaşlı azərbaycanlının həyatını xilas etmək üçün təcili yardım çağırılsa da artıq gec olub. Tver və Moskva polisi araşdırmalara başlayıb, cinayəti törədən şəxs axtarılır. Hadisənin baş verdiyi ərazi nəzarətə götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv