Yəməndə müharibə ilə neft qiymətləri arasında əlaqə


Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəmənə qarşı hərbi əməliyyatları genişləndirməsi dünya bazarında neftin qiymətlərinin yenidən qalxmasına səbəb ola bilər. APA TV-nin məlumatına görə, əməliyyatlar başladıqdan sonar iki gün ərzində qiymətlərin sürətlə bahalaşması Yəmənin neft tranzitində oynadığı mühüm rolla əlaqədardır. Yəmən dünyanın əsas neft hasialtçılarından sayılmasa da, mühüm neft tranziti nöqtələrindən birində yerləşir. Treyderlər münaqişənin eskalasiyasından və hərbi əməliyyatların Bab-el-Mandeb keçidinə doğru genişlənəcəyindən ehtiyatlanırlar. Qeyd edək ki, dünyada hasil olunan neftin 5 faizi bu keçiddən keçməklə daşınır. Yəmən və Cibutini ayıran bu keçid dünyanın əsas neft hasialtçısı olan Səudiyyə Ərəbistanı üçün mühüm əhəmiyyətə malikdir. Əgər Bab-el-Mandeb keçidi şiə-xusidlərin nəzarətinə keçsə, bu, səudiyyəlilərin neft ixracı imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq. Bu səbəbdən həm Səudiyyə Ərəbistanı, həm də İran körfəzi ölkələri bu ticarət yoluna nəzarəti itirməkdən çəkinirlər. 

Müəllif | Apa.Tv
Apa.tv