Bu gecə saatların əqrəbi bir saat irəli çəkiləcək


Bu gecə Azərbaycan ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək.
 
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblər bir saat irəli çəkilir.
 
Qeyd edək ki, hər il oktyabrın ayının son bazar günü saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Müəllif | Apa.Tv
Apa.tv