Türkiyədə azərbaycanlı ailəsində dəm qazı faciəsi: 1 nəfər öldü, 6 nəfərin vəziyyəti ağırdır

Türkiyənin Bursa bölgəsinin Mərkəz Yıldırım rayonunun Eğitim məhəlləsində dəm qazından 7 azərbaycanlı zəhərlənib, onlardan biri ölüb. APA TV-nin Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisəyə səbəb sobanın bacasının tıxanıq olması göstərilib. Məlumatda bildirilib ki, 31 yaşlı Tərlan Əhmədoğlu ölüb, onun yaxın qohumları Səltənət Əhmədoğlu, Məhək Əhmədoğlu, Cumalı Əhmədov, Günəş Əhmədov, Sevgi Əhmədova, Teylam Əhmədov isə xəstəxanaya yerləşdiriliblər. Polis orqanlarından bildirilib ki, hadisənin baş verməsinə səbəb evdə yandırılan daş kömür sobasından sızan dəm qazı olub. Məlumata görə, ölən və zəhərlənənlər Azərbaycan vətəndaşlarıdır.  Hadisə ilə bağlı istintaq aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv