Tanınmış kriminal avtoritet "Dəli Samir" həbs olundu

Bakıda kriminal avtoritet həbs edilib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Nuşirəvan oğlu Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb. Polisdən həmçinin bildirilib ki, Samir Aslanov dəfələrlə məhkumluq həyata yaşayıb və onun kriminal aləmlə yaxın əlaqələri olub. Samir Aslanov kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv