Mikayıl Mirzənin qardaşı oğlu qətlə yetirildi - YENİLƏNİB

Bu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb. Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan Mahir Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən Mahir Mirzəyev Azərbaycanın xalq artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.

Müəllif | Apa.Tv
Elvin Yaqubov