Türkiyənin baş naziri: "Ölkə prezident üsul-idarəsinə keçməlidir"

"Türkiyədə prezident üsul-idarəsinə keçirilməsi doğrudur. Bu məsələ seçki bəyannaməsində də öz əksini tapacaq, şəxsən mən yazmışam". Bu fikirləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Habertürk kanalına müsahibəsində deyib. 
 

"Xalq tərəfindən seçilən bir prezident müzakirə mövzusudursa,  parlamentar sistemə doğru getməkdənsə, prezident üsul-idarəsinə keçmək lazımdır. Ancaq hüquq buna uyğun gəlmir. Açıq etiraf etmək istəyirəm. Mən aldığım qərarın nəticəsinə görə cavabdehəm. Hazırda nazirlər kabineti bütün məsələlərə cavabdehdir. Prezident də xalq tərəfindən seçilib. Prezidentin "mən fərqli olacağam" deyərkən qəsd etdiyi də budur". 
 

Davudoğlu bildirib ki, hazırkı sistemdə olan əyriliyi düzəltmək üçün yeni bir konstitusiya və yeni bir siyasi sistem lazımdır. Ya təmiz parlament, ya da təmiz prezidentlik sistemi olmalıdır. Əhməd Davudoğlu Rəcəb Tayyib Ərdoğanla arasında heç bir şəxsi probleminin olmadığını da qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv