Şirvanda ağır qəza: yaralanan qardaşlardan biri öldü


Şirvan şəhərində baş verən yol qəzasında iki qardaşdan biri ölüb. APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, 1985-ci il təvəllüdlü Şirməmmədov Məhəbbət Şamil oğlu idarə etdiyi “VAZ 21013” markalı “18 BA 313” dövlət nömrə nişanlı avtomobillə digər Şirvan sakini, 1976-cı il təvəllüdlü Hümbətov Rafiq Nurbaba oğlunun idarə etdiyi  “Ford Tranzit” markalı “90 GA 161” dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ 21013” markalı avtomobilin sürücüsü və avtomobildə olan qardaşı, 1990-cı il təvəllüdlü Şirməmmədov Cəmil Şamil oğlu ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. İkincinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə, Neyrocərrahiyyə Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv