Türkiyə yığması qələbəni son anda əldən verdi

"AVRO-2016"-nın seçmə mərhələsində V turun oyunları çərçivəsində dünən millimizin qrupu ilə yanaşı, digər qruplarda 6 qarşılaşma baş tutub.

 

Turun ikinci günü qonşu Türkiyə yığması çətin sınaq qarşısına çıxıb. “Ay-ulduzlular” səfərdə Hollandiya millisi ilə görüşüb. Burak Yılmazın qolu ilə fasiləyə üstün yollanan Fatih Terimin yetirmələri son dəqiqələrdə qələbəni əldən verib.

 

Türkiyə yığması hesabı 37-ci dəqiqədə açıb.

 

Qardaş ölkə millisi bu hesabı oyunun sonlarına qədər qoruya bilib. Hakim qarşılaşmanın əsas vaxtına 6 dəqiqə əlavə edib. Türkiyə yığması bu müddətdə qapısını toxunulmaz saxlaya bilməyib. Əlavə edilmiş 2-ci dəqiqədə Hollandiya millisinin Türkiyənin "Qalatasaray" klubunun şərəfini qoruyan ulduzu

Uesli Sneyder komandasını məğlubiyyətdən xilas edib – 1:1.

Beləliklə, bu turdan sonra Hollandiya yığması xallarının sayını 7-yə çatdırıb və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 5 xalı olan Türkiyə millisi isə 4-cü yerdədir.

 

Müəllif | Apa.Tv
Apa.tv