Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək. Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.

Müəllif | Apa.Tv
Apa.tv