Gəncədə 11-ci sinifdə oxuyan qız intihar edib

Gəncədə 11-ci sinif şagirdi özünü çoxmərtəbəli binadan ataraq intihar edib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin “Mahrasa bağı” adlanan ərazisində yerləşən çoxmərtəbəli binada qeydə alınıb. Orada yaşayan 11-ci sinif şagirdi Fəridə Fuad qızı Məmmədova özünü abinanın 13-cü mərtəbəsinin eyvanından taraq intihar edib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli