Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb

Səbail rayonunda mağazadan oğurluq edən şəxs yaxalanıb. APA TV-nin məlumatına görə, paytaxt sakini Hacıyev Ruslan Aydın oğlu Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə müraciət edərək işlədiyi mağazadan mobil telefonun oğurlandığını bildirib. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Cəlilov Elçin İlqar oğlu saxlanılıb. İlkin dindirilmə zamanı o, cinayəti boynuna alıb. O bildirib ki, aksesuar mallarının satıldığı mağazaya müştəri qismində daxil olub. Daha sonra qarışıqlıqdan istifadə edərək vitrindəki mobil telefonu oğurlayıb.

 

Qeyd edək ki, bu Elçin Cəlilovun ilk cinayət əməlidir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv