Bakıda iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb. 1989-cu il təvəllüdlü İbrahimov Xəyal İbrahim oğlu idarə etdiyi "Daewoo" markalı maşınla Talıblı küçəsindən Şərifzadə küçəsinə doğru hərəkətdə olan zaman Muradov Ağaxan Ağahüseyn oğlunun idarə etdiyi "Azsamand" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü ağır yaralanıb. Onlar təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, "Daewoo"nun sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə yerinə yol polisinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya avtomobillərdən birinin işıqforun qırmızı işığına məhəl qoymadan hərəkət etməsi səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv