Yasamalda zəncirvari qəza olub

Ötən gecə paytaxtda zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, Yasamal rayonu ərazisində üç "Mercedes"lə bir "Toyota" markalı avtomobil toqquşub. Qəza rayonun Şərifzadə küçəsində qeydə alınıb. Hadisə zamanı əvvəlcə Tural Hidayətovun idarə etdiyi "Mercedes" işıqforun qırmızı işığında dayanan Ramiz Əlirzayevə məxsus eyni markalı maşınla toqquşub. Nəqliyyat vasitələri daha sonra "Toyota" və İntiqam Qarayevə məxsus başqa bir "Mercedes"ə çırpılıb.

 

Qəzadan sonra hadisə yerinə Yasamal rayon yol polisinin əməkdaşları gəliblər. Daha sonra avtomobillər cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv