Səudiyyə Ərəbistanı səhrada külli miqdarda günəş elektrik stansiyaları tikəcək

Səudiyyə Ərəbistanı səhrada külli miqdarda günəş elektrik stansiyaları tikməyi planlaşdırır. APA TV-nin məlumatına görə, ölkə yaxın 10 il ərzində 1 terravatt gücündə günəş enerjisi istehsal etmək niyyətindədir. Ərəb sərmayədarlar Saxara səhrasını yaxın 20 il ərzində günəş enerjisi istehsal etmək üçün perspektivli sahə kimi nəzərdən keçirirlər.  Alimlərin hesablamalarına görə, səhranın 6 faizini günəş elektrik stansiyaları ilə örtmək mümkün olsa, hasil olunan elektrik enerjisi ilə bütün dünyanı təmin etmək mümkün olacaq. Analitiklərin fikrincə, səhraların günəş elektrik stansiyalarının tikintisi üçün satışı yaxın gələcəkdə sərfəli biznes sahəsinə çevriləcək. Eyni proqnozlara əsasən, 20 il sonra dünyada enerjinin böyük hissəsi alternativ və bərpa olunan mənbələr hesabına hasil ediləcək, 2030-cu ildə isə inkişaf etmiş dövlətlərdə elektromobillər əsas nəqliyyat vasitəsi olacaq.

Müəllif | Apa.Tv
Apa.tv