İraqda daha iki iranlı hərbçi öldürülüb

ABŞ-a məxsus pilotsuz təyyarənin hücumu nəticəsində iki İran hərbçisi ölüb. APA TV-nin xəbərinə görə, hadisə İraqın Tikrit şəhərində baş verib. İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvləri olan hərbçilər Hadi Caferi və Ali Yezdani paytaxt Tehran və Amul şəhərlərində mərasimlə dəfn olunub. Bu barədə "Sepah" açıqlama yayıb. Açıqlamada ölən hərbçilərin ötən həftə Tikritdə İŞİD terrorçularına qarşı aparılan mübarizədə İraq ordusuna və Şiə polislərə müşavirlik edərkən ABŞ aid pilotsuz təyyarə tərəfindən həyata keçirilən hücum nəticəsində öldükləri qeyd olunub.

Müəllif | Apa.Tv
Apa.tv