Şabranda icra nümayəndəsi göldə boğulub

Şabran rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, Şabran Rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi, 1986-cı il təvəllüdlü Soltanov Ağalar Mürsəl oğlu göldə boğularaq ölüb.

 

Hadisə dünən axşam A. Soltanov Daşlıyataq kəndində əmisinin şəxsi təsərrüfatındakı göldə balıq tutarkən qeydə alınıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan