Salyan sakinindən 1 kq narkotik götürülüb

Salyan sakinindən küli miqdarda narkotik vasitə götürülüb. Salyan rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Ərəbqardaşbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Səfərov Qüdrət Əlihüseyn oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən 925 qram marixuana, 13,275 qram tiryək aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı