Soros: “Ukrayna defoltun bir addımlığındadır”

Milyarder Corc Soros Ukraynanın kənd təsərrüfatı sektoruna 1 milyard dollar sərmayə yatıra biləcəyini açıqlayıb. APA TV-nin məlumatına görə, "Standart" nəşrinə müsahibəsində Soros bildirib ki, Ukraynada yaşanan ağır siyasi böhran iqtisadiyyata da mənfi təsir edir. O, Ukraynanın defoltun bir addımlığında olduğunu deyib: “Hakimiyyət bütün problemləri xarici sərmayədarlarla əməkdaşlıq hesabına aradan qaldırmaq istəyir”. 
 
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Ukraynaya 4 illik maliyyə yardımı proqramını təsdiqləyib. Proqram çərçivəsində dörd il ərzində ölkəyə 17,5 milyard dollar yardım edilməsi nəzərdə tutulub. Bunun qarşılığında qoyulan şərt Ukrayna üçün çox ağırdır. Ölkə əhaliyə satılan mavi yanacaq və istilik enerjisinin qiymətlərini bahalaşdırmalı olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv