Gəncədə itkin düşən 18 yaşlı qızın meyiti torpağa basdırılmış halda tapılıb

Gəncədə bir neçə gün əvvəl itkin düşən qızın meyiti meşədə tapılıb. Yerli hüquq-mühafizə orqanlarından APA TV-nin qərb bürosuna verilən məlumata görə, Gəncədə itkin düşən şəxs kimi axtarışda olan şəhər sakini, 1997-ci il təvəllüdlü Gülnarə Aydın qızı Mirzəyevanın meyiti Daskəsən rayonunun Xoşbulaq kəndi yaxınlığında meşədə basdırılmış halda tapılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Elşad oğlu Behbudzadə tərəfindən martın 26-da törədildiyi məlum olub. Ruslan Behbudzadə saxlanaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli