DGK sədri: "Azərbaycana avtomobil idxalının azalması "Avro-4" standartlarına keçidlə əlaqədardır"

"Son vaxtlar ölkəyə gətirilən avtomobillərin sayının azalması "Avro-4" standartlarına keçidlə əlaqədardır".

 

APA TV-nin şimal bürosunun məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib: "Çünki ekoloji məsələlər və s. artıq bu barədə qərarın qəbul edilməsini tələb edir".

 

Qeyd edək ki, bu gün komitə sədri Aydın Əliyev Xızı şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin binasında bu bölgədən olan vətəndaşları qəbul edib. Qəbul zamanı bölgədə yerləşən rayonların - Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

 

Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul və gömrük rəsmiləşdirilməsi ilə bağlı olub.

 

Səyyar qəbul zamanı komitə sədri qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. 

 

Müəllif | Apa.Tv
Vəli Turan