Göyçayda ailə qəzaya düşüb, qadın ölüb, əri ağır vəziyyətdədir

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Göyçay-Ucar yolunun 5-ci kilometrliyində, Göyçayın Hüngütlü kəndi ərazisində qeydə alınıb. Ucar rayonu Alpoud kənd sakini, 1973-cü il təvəllüdlü Abdullayev Fərhad Qubad oğlunun idarə etdiyi 10-MT-750 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisənin yağışlı havada yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal olunur.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov