Yazıçı Çingiz Abdullayev “Neftçi”nin prezidenti oldu
“Neftçi”nin prezidenti Sadıq Sadıqov vəzifəsindən ayrılmaq qərarına gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, Sadıqov artıq istefa verib. İstefanın səbəbləri hələlik açıqlanmır.
Qeyd edək ki, 2009-cu ildən “Neftçi”nin rəhbər vəzifəsini yerinə yetirən Sadıq Sadıqovun dövründə komanda 3 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub, 1 dəfə də Avropa Liqasının qrup mərhələsində iştirak edib.
Bu arada yeni prezidentin də adı məlum olub. Kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza xəbəri təsdiqləyib. Mətbuat xidmətinin rəhbəri apasport.az saytına bildirib ki, Ç.Abdullayevin kluba prezident təyin edilməsi bu ayın əvvəlindən bəlli idi.