Şamaxıda 4 bal gücündə zəlzələ olub!

Bu gün Bakı vaxtı ilə 15.22 radələrində Şamaxıda zəlzələ olub. APA TV-nin Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən yaydığı məlumata görə, yeraltı təkanlar episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bal gücündə hiss olunub. Zəlzələ yer qatının 6 kilometr dərinliyində baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv