Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsində 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbir keçirilib. APA TV-nin xəbərinə görə,Tədbirdə çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu soyqırım illərlə birtərəfli təbliğ olunub: "Biz Ermənistanda olanda gördük ki, məscidlərimizin başına nə oyun gətiriblər. Yalnız İrəvandakı bir məscidi saxlayıblar. Onu da İran məscidi kimi qələmə verirlər. Əslində isə Azərbaycan məscididir. Amma baxın, Azərbaycandakı erməni kilsələri necə qorunub saxlanılır? Ermənilər özlərini dünyaya məzlum kimi göstərirlər. Amma onlar əslində minlərlə insanı nahaq yerə vəhşicəsinə qətlə yetiriblər".

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə qeyd edib ki, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin törətdiyi qətllər soyqırımıdır. Bu cinayətlər bağışlanmır. Cinayətkarlar cəzalarını mütləq alacaqlar. 

 

Qeyd edək ki, 31 mart – Azərbaycanlıların Soyqrımı Günündə Azərbaycanda bütün məscidlərdə qətliamla bağlı moizələr oxunacaq.

 

Müəllif | Apa.Tv