Moskvada qanunsuz silah saxlayan azərbaycanlı tutulub

Moskva vilayətində qanunsuz silah saxlayan azərbaycanlı tutulub.

 

APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşları 45 yaşlı azərbaycanlının evinə baxış keçirərkən 3 tapança və güllələr aşkar ediblər.

 

Həmyerlimiz silahın ona məxsus olduğunu və yerli bazarların birindən aldığını etiraf edib.

 

Faktla bağlı cinayət işi başlanıb. Həmyerlimiz 4 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Müəllif | Apa.Tv
Apa.tv