Daşkəsənə güclü qar yağıb - VİDEO
Azərbaycanın Qərb bölgəsində hava şəraiti kəskin pisləşib. APA TV-nin Qərb bürosunun məlumatına görə, bu gün Daşkəsən ərazisinə fasilələrlə sulu qar və qar yağıb. Səhər saatlarından başlayan yağıntı bir neçə saat davam edib. Bəzi yerlərdə qarın qalınlığı 10 santimetrə çatıb. Qar yağıntısı rayon ərazisində nəqliyyatın hərəkəti üçün problemlər yaradıb. Qeyd edək ki, Azərbaycan ərazisində dünəndən müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir. Sinoptiklər sabahdan etibarən havaların normallaşacağını və edirlər.