Bakıda naməlum şəxs 30 yaşlı kişini bıçaqlayıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 1 ünvanında qeydə alınıb. 30 yaşlı Sakit Valeh oğlu Kərimov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanya çatdırılıb. Sakit Kərimov dərhal əməliyyat olunub. Həkim Səbuhi Sadıqov yaralıda 3 bıçaq xəsarətinin olduğunu bildirib.

 

Hadisə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşları araşdırmalara başlayıblar. Hadisə yerindən qaçan naməlum şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv