Şəkidə eyni gündə iki nəfər intihar edib
Şəki sakini özünü güllələyərək intihar edib. Şəki Şəhər Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Yeni Çələbixan kəndində qeydə alınıb. 47 yaşlı İlqar Tofiq oğlu Əliyev kustar üsulla hazırlanmış tapança ilə sinə nahiyəsinə atəş açaraq intihar edib. İlqar Əliyev aldığı güllə yarasından hadisə yerində keçinib. Məlumata görə, İlqar Əliyev ailəlidir, iki övlad atasıdır.
Ötən gün Şəkidə iki övlad anası da intihar edib. Hadisə rayonun Baş Layısqı kəndində baş verib. 23 yaşlı Şəhanə Vəli qızı Salahova yaşadığı evin eyvanında özünü asıb. Onun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkarlanıb. Şəhanə Salahova iki azyaşlı övlad anasıdır.
Hər iki faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.