Bakıda qadın özünü 9-cu mərtəbədən atıb
Bakıda intihar hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında qeydə alınıb. Şəxsiyyəti məlum olmayan naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib. Hazırda polis intihar edən qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.