Apreldə havalar isti olacaq - PROQNOZ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayına olan hava proqnozunu açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 12-14 dərəcə isti (gecələr 7-12, gündüzlər 12-17, bəzi günlərdə 20-25 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdar iqlim normasına yaxın (norma 23-33 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.