İŞİD şiə döyüşçülərin edamında uşaqlardan istifadə edib - REAL GÖRÜNTÜ
İŞİD terrorçuları yeni edam görüntüləri yayıb. Terrorçular şiə döyüşçülərin edam olunmasında yaşları 16-dan az olan uşaqlardan istifadə edib. APA TV-nin xəbərinə görə, azyaşlılar 8 şiə döyüşçünü edam yerinə gətirərək kameranın önünə düzür. Suriyanın Hama şəhərində çəkildiyi iddia olunan görüntülərdə həmişəki kimi narıncı geyimli 8 əsir uşaqlar tərəfindən diz çökdürülür. Daha sonra uşaqlar silahları ilə poz verirlər. 8 yaşlı oğlandan cəlladlara bıçaq paylaması tələb olunur. Uşaq terrorçuların hər birinə bıçaqları verir. Görüntüdə danışan terrorçu "Qılınclarımız yaxında Əsəd və onun rejimi üçün baş kəsəcək" deyə bildirir. Sonda edam həyata keçirilir.