YAP-ın Yasamal rayon təşkilatının sədri dəfn edilib
Bu gün 81 yaşında dünyasını dəyişən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov son mənzilə yola salınıb. APA TV-nin xəbərinə görə, Fikrət İsmayılov bu gün səhər saatlarında vəfat edib. Mərhumla vida mərasiminə baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri, mərhumun ailə üzvləri və yaxınları gəlib.
1935-ci ildə Naxçıvanda anadan olan Fikrət İsmayılov 1995-2000-ci illərdə Milli Məclisin üzvü olub. 1993-cü ildən isə YAP Yasamal rayon təşkilatının sədri idi.